"Toy eləmirdik, telefondan mahnılar qoşmuşduq" - Zərdabdakı məclisin sahibləri » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

"Toy eləmirdik, telefondan mahnılar qoşmuşduq" - Zərdabdakı məclisin sahibləri

Xəbər verdiyimiz kimi karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, Zərdab rayonun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq toy məclisi təşkil edilib.

Məsələ ilə bağlı toyu olan Cavid adlı bəyin yeznəsi Zaur Talıbov "ölkə.az"a danışıb. O, bildirib ki, məclis ailə arasında bir neçə nəfərin iştirakı ilə baş tutub.

"Məsələni bir az şişirdiblər, biz məclis keçirməmişik. Sadəcə, kimlərsə bunu nəyinsə qarşısını almaq, özünü göstərmək üçün şişirdiblər. Mən bu işlərə qarışmaq istəmirəm. Qohum qadınlar 10-15 nəfər yığılıb, bir az musiqi səslənib. Bizim məclis keçirmək niyyətimiz olmayıb. Heç burada yemək süfrəsi də açılmayıb. Toy eləmirdik, telefondan mahnılar qoşmuşub oynamışıq. Planlı heç nə etməmişik. Video çəkən də qonşu idi, sadəcə kamerası olduğu üçün dedik gəl, maşından düşəndə bəylə-gəlini çəkərsən. Burada heç bir qanunun pozuntusundan söz gedə bilməz, çünki məclis ailə arasında bir-neçə nəfərin iştirakı ilə baş tutub. Biz böyük bir məclis təşkil etməmişik, sadəcə 10-12 nəfər yığılaraq bunu qeyd etmişik.

Qeyd edək ki, məclisdə iştirak edən 14 nəfər Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək məhkəmənin qərarı ilə 100 manat miqdarında cərimə ediliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            996 26.06.20 15:20