QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyindən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ünvanına məktub daxil olub.

Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

İki Müqəddəs Məscid Xadiminin Azərbaycandakı Səfiri doktor Həməd bin Abdulla bin Xudeyrin imzaladığı müşayiət məktubu ilə Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatı QMİ-yə təqdim olunub.

Bəyanatda bildirilir ki, Səudiyyə Ərəbistanı Krallığı Müqəddəs Allah Evinin qonaqlarına və Peyğəmbər (S) Məscidinin ziyarətçilərinə öz Həcc və Ümrə ayinlərini təhlükəsiz, sağ-salamat şəraitdə icra etməsinə imkan yaratmaq üçün daim səy göstərir.

Koronavirusun üzə çıxdığı ilk dövrlərdən Allahın qonaqlarının qorunması üçün Krallıq qabaqlayıcı tədbirlər görərək, ümrə ziyarətini dayandırıb, bu qərar müsəlman ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən bəyənilərək, pandemiyanın qlobal miqyasda qarşısının alınmasında böyük rol oynayıb.

Yeni tip koronavirusun (COVID-19) dünyanın 180 dövlətində yayılması, vəfat edənlərin artması, dünya üzrə milyonlarla ölçülən yoluxma sayını nəzərə alaraq, Səudiyyə Ərəbistanı Krallığı Səhiyyə Nazirliyi yoluxmanın fərdlərin təhlükəsiz formada məsafə saxlamasının təmini çətin olan toplantılarda təhlükə yaratması səbəbilə qərar verilib.

Sənəddə bildirilir ki, hazırda pandemiyanın davam etdiyi, qlobal miqyasda yoluxma səviyyəsinin artdığı bir şəraitdə qərara alınıb ki, bu il (hicri 1441-ci il) Həcc ziyarəti Krallığın daxilindəki müxtəlif ölkə vətəndaşları arasından buna istəyi olanların iştirakı ilə çox məhdud sayda təşkil olunsun.

Burada məqsəd bu ayini sağlamlıq cəhətdən təhlükəsiz formada həyata keçirməyə səy göstərməkdir. Bu, İslam şəriətində insan həyatının Allahın izni ilə qorunması hökmünə əsasən profilaktik tələblər, lazımi sosial məsafə, insan sağlamlığının qorunmasının təmini üçün həyata keçirilib.

Bəyanatda xüsusi vurğulanır ki, İki Müqəddəs Məscid Xadiminin Hökuməti hər il milyonlarla Həcc və ümrə zəvvarlarına xidmət etməkdən şərəf duyaraq bəyan edir ki, bu qərar onun zəvvarların təhlükəsizliyi və salamat şəkildə ölkələrinə qayıtmaları üçün göstərdiyi davamlı səylərdən irəli gəlir.

Azərbaycan Həcc Missiyasının təşkilatçısı olan dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyinin bəyanatını təqdir edir, burada əksini tapan məqamların zəruri olduğunu qəbul edir və İki Müqəddəs Məscid Xadiminin milyonlarla insanın xəstəlikdən qorunması və həyatının xilası məramı ilə atdığı mühüm addımları bəyənir.

Uca Allaha dünyanı, bəşəriyyəti pandemiyadan qoruması üçün dualar edir, gələcək Həcc və Ümrə ziyarətlərinin yerinə yetirilməsini niyyətində olanlara qismət etməsini diləyirik.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            507 26.06.20 13:51