Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarında dəyişiklikləri izah edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |    

Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarında dəyişiklikləri izah edib

Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarına əsasın 19 iyun tarixli 208 - saylı Qərara dəyişikliklər edilib.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, dəyişikliklər 3 hissədən ibarətdir.

Birinci dəyişiklik ondan ibarətdir ki, vətəndaşlar evdən çıxmaq üçün təkcə SMS vasitəsi ilə deyil, həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala biləcəklər.

İkinci dəyişiklik ondan ibarətdir ki, Nazirlər Kabinetinin 208 nömrəli Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş aşağıdakı sahələrdə işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Bunlar (208 saylı Qərarın əlavəsindəki sıralamaya əsasən):

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.14. qablaşdırma məhsullarının istehsalı;

4.15. daş, metal və taxta məhsullarının istehsalı;

4.16. mebel istehsalı və təmiri;

5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

5.6. onlayn satışlar.

6.2. kimyəvi təmizləmə;

6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.4. avtomobillərin təmiri;

6.5. avtomobil yuyulma məntəqələri;

6.6. heyvan sığınacaqları;

9.2. tərcümə xidmətləri.

Üçüncü dəyişiklik isə odur ki, yuxarıda göstərilən 15 sahə üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 049 25.06.20 20:17