“BMT TƏBİB-ə zəruri tibbi avadanlıqlarla bağlı dəstək olub”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.
O bildirib ki, tibbi ləvazimatlarla yanaşı, qoruyucu vasitələr, xüsusən tibbi maska ilə bağlı da dəstək göstərilib.
“Azərbaycanın İqtisadiyyat Nazirliyi və operativ qərargahla sıx əməkdaşlıq edirik. İqtisadiyyatın bərpası istiqamətində danışıqlar aparırıq”, - deyə o əlavə edib.