Sabahın havası: Güclü külək, leysan » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |    

Sabahın havası: Güclü külək, leysan

26 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 25-28, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

26 iyunda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

İyunun 26-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 685 25.06.20 16:14