Bakı sakinləri zibillikdən şikayət edir, İcra Hakimiyyəti isə başqa fikirdədir - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |    

Bakı sakinləri zibillikdən şikayət edir, İcra Hakimiyyəti isə başqa fikirdədir - FOTO/VİDEO

Binəqədi sakinləri zibillikdən şikayətçidir.

Bu barədə Oxu.Az-a rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 63F ünvanında yaşayanlardan biri məlumat verib.

Sakinin sözlərinə görə, əraziyə kənardan ağac qırıntıları, taxta və əlavə məişət tullantıları atılır:

“Ərazidə təmizlik işləri aparılmır. İsti yay günlərində üfunətdən küçəyə çıxmaq olmur. Ötən dəfə təmizləyib getmişdilər. Lakin zibilliyin əlverişsiz yerdə olması ətrafda yaşayan sakinlərin bura inşaat materialları və digər tullantıları atmasına səbəb olur. Hər gün gördüyünüz vəziyyət hökm sürür”.

Məsələ ilə bağlı redaksiyamızın sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyətindən bildirdilər ki, vətəndaşın şikayəti tamamilə əsassızdır:

“Məsələ ilə bağlı bildirmək istəyirik ki, sakinlərin istifadəsində olan zibil meydançası uzun illərdir həmin ərazidə yerləşir. Bununla yanaşı, qeyd edilən ərazidə vətəndaşlar tərəfindən atılan məişət tullantıları öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq mütəmadi olaraq təmizlənir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 208 24.06.20 15:34