Koronavirusa yoluxan jurnalistlər ölümə tərk edilib? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Koronavirusa yoluxan jurnalistlər ölümə tərk edilib? - AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycanda koronavirusa yoluxan iki jurnalistin vəziyyətinin ağır olduğuna dair paylaşımlar edilir.

Median.Az xəbər verir ki, bu barədə jurnalistlər tərəfindən müxtəlif müraciətlər, statuslar paylaşılır.

Bir neçə gün öncə koronavirusa yoluxan “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva, onun qardaşı, Cebhe.info xəbər portalının əməkdaşı Müşfiq Abdullayev və həyat yoldaşı Gülşən Abdullayeva COVID-19-a yoluxub.

Test nəticələri müsbət çıxan üç nəfər Atletlər kəndinə yerləşdirilib. Lakin onların vəziyyətinin ağır olduğu, lazımi həkim müdaxiləsinin edilmədiyi deyilir. 
Müşfiq Abdullayev sosial şəbəkə hesabından vəziyyəti ilə bağlı məlumat paylaşıb və qeyd edib ki, təcili tibbi yardım əməkdaşları onları xəstəxanaya aparacağını desələr də, Atletlər kəndinə gətiriblər.


Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O bildirib ki, sözügedən jurnalistlərlə bağlı zəruri tapşırıqlar verilib:

“Qeyd etdiyiniz jurnalistlərlə bağlı məsələ aidiyyəti şöbəyə yönləndirilib. Prosedur qaydalarına uyğun şəkildə lazımi tədbirlər görüləcək”.

Xatırladaq ki, daha əvvəl jurnalistlərdən “ARB 24” telekanalının əməkdaşı Azər Ağayev, eləcə də, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailə üzvləri COVID-19-a yoluxub. Onların müalicələri davam etdirilir.//oxu.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            920 24.06.20 13:46