Həftədə iki dəfə Bakı-İstanbul-Bakı çarter reysi olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |     15:33 Zaxarova: “Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir” - VİDEO  |     15:29 Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO  |     15:26 Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO  |     15:25 Mariya Zaxarova: “Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir”  |     15:24 Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb  |     15:21 Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO  |    

Həftədə iki dəfə Bakı-İstanbul-Bakı çarter reysi olacaq

Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan Respublikası vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 29 iyun tarixindən başlayan həftədən etibarən qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə mütəmadi çarter reysləri həyata keçiriləcək.

Digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər.

Reyslərin tarixləri, təyyarə biletinin qiyməti, tələbələrə şamil olunacaq güzəştlər və digər tələb və şərtlər barədə əlavə ətraflı məlumat veriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            579 23.06.20 23:39