Azərbaycanlı tələbənin qatilinin görüntüləri yayıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanlı tələbənin qatilinin görüntüləri yayıldı - VİDEO
Bir neçə gün öncə Rusiyanın Volqoqrad şəhərində azərbaycanlı tələbə Teymur Qavrilovu qətlə yetirmiş Vitali Vasilyevin görüntüləri yayılıb.

Video Moskvanın Azərbaycan İcmasının “Telegram” kanalında paylaşılıb.

Görüntülərdə V.Vasilyevin tutulma və məhkəməyə gətirilmə anları əks olunub.

Qeyd edək ki, Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi, Gəncə şəhərindən olan 17 yaşlı Teymur Qavrilov iyunun 12-də axşam saatlarında yataqxanaya qayıdarkən qətlə yetirilib.

V.Vasilyev iyunun 21-də Smolensk şəhərində saxlanılıb. Onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 141 23.06.20 14:47