Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Ağayeva Vəfa Gülağa qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bazu sümüyünün əziyi diaqnozu qoyulub.