Sabahdan Moskvada kafe və restoranlar açılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda


Sabahdan Moskvada kafe və restoranlar açılacaq
Moskva meri Sergey Sobyanin koronavirusla bağlı tətbiq olunan məhdudlaşdırılmaların aradan qaldırılmasının yeni mərhələsini elan edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva meri öz bloqunda yazıb.

O, iyunun 23-dən etibarən üç aylıq fasilədən sonra kafe və restoranların açılacağını bildirib.

Bununla bərabər, sabahdan Moskvada fitnes klubların, hovuzların və idman zallarının fəaliyyətinə icazə veriləcək.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          619 22.06.20 21:13