Ötən il milyarda yaxın uşaq zorakılığa məruz qalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |    

Ötən il milyarda yaxın uşaq zorakılığa məruz qalıb

Ötən il 2-17 yaş arası bir milyarda yaxın uşaq bu və ya digər şəkildə təcavüzə, zorakılığa məruz qalıb.

Bu barədə TASS agentliyi BMT Uşaq Fondunun (UNICEF) yayımladığı hesabata istinadən xəbər verib.

Sənədə görə, iki ilə dörd yaş arasındakı təxminən 300 milyon uşaq qəyyumları tərəfindən mütəmadi olaraq qəddar davranışla üzləşiblər.

Hesabat müəlliflərinin fikrincə, koronavirus epidemiyasının yayılmasına qarşı tətbiq olunan tədbirlər yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq hallarının qarşısının alınmasını xeyli çətinləşdirir. Belə bir vəziyyət uzunmüddətli mənfi nəticələrə səbəb ola bilər.

Pandemiya uşaq sağlamlığı və təhsili kimi sahələrdə indiyədək qazanılmış nailiyyətlərə də xələl gətirib.

Bundan əvvəl Beynəlxalq Əmək Təşkilatı və UNICEF proqnozlaşdırmışdı ki, koronavirus pandemiyası səbəbindən dünyada milyonlarla uşaq işləməyə məcbur olacaq. Eyni zamanda, onsuz da işləyən uşaqlar daha ağır vəziyyətə düşə bilərlər.

Pandemiyaya görə bağlanan təhsil müəssisələrində fəaliyyət bərpa olunduqdan sonra iqtisadi böhranla əlaqədar yaranan imkansızlıq səbəbindən təhsil almaq hər uşağa nəsib olmaya bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 007 20.06.20 13:38