Özəl və təsərrüfat hesablı tibb müəssisələrinin də pandemiya xəstəxanalarına çevrilməsi müzakirə oluna bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Özəl və təsərrüfat hesablı tibb müəssisələrinin də pandemiya xəstəxanalarına çevrilməsi müzakirə oluna bilər

“Ehtiyac olarsa, özəl və təsərrüfat hesablı tibb müəssisələrinin də pandemiya xəstəxanalarına çevrilməsi müzakirə oluna bilər”.

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri bildirib ki, istənilən vəziyyətlə bağlı alternativ planlarımız var:

“Bu gün nəyi tətbiq ediriksə, aylar əvvəl ekspertlər tərəfindən hazırlanmış qərarlardır. Elə bir qərar qəbul edilərsə, özəl xəstəxanalar da, dövlətin təsərrüfat hesablı xəstəxanaları da prosesə qoşula bilər. Yəni bu mövzuda qoşulma imkanlarımız genişdir. Əsas odur ki, digər tibbi xidmətlər zərər görməsin”.

O deyib ki, ölkədəki bütün xəstəxanaları, bütün çarpayı fondunu koronavirusla mübarizəyə yönəldib, əlavə həkimlər də tapıb gətirmək olar: “Onları COVİD-19-la məşğul olmağa cəlb edə bilərik. Məsələ budur ki, bütün çarpayı sayı doldu, digər xəstələr necə olacaq, onları necə müalicə edəcəyik? Bu prosesdə hərtərəfli düşünmək lazımdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 405 18.06.20 22:49