Daxili uçuşlar zamanı sərnişinlərin COVID-19 testini verməsi üçün elektron xidmət istifadəyə verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Daxili uçuşlar zamanı sərnişinlərin COVID-19 testini verməsi üçün elektron xidmət istifadəyə verildi

İyunun 18-dən ölkə ərazisində daxili uçuşların - Bakı-Naxçıvan-Bakı reysinin bərpa edilməsi nəzərdə tutulur. Ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələb olunur.

Bu təşəbbüsə dəstək olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı yeni elektron xidmət istifadəyə verib.

Bu elektron xidmət vasitəsilə aviabilet sahibləri COVID-19 testi üçün müayinə vaxtını onlayn təyin edə biləcəklər.

Belə ki, vətəndaşlar agentliyin rəsmi internet səhifəsində “E-xidmətlər” bölməsində yaradılan “Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı altbölməyə keçid edərək, açılan pəncərədə bilet nömrəsini daxil etməli və “Bileti yoxla” düyməsini seçməlidirlər. Bilet təsdiqini tapdıqdan sonra müayinə vaxtını təyin etmək üçün vətəndaş ona uyğun olan tarix və saatın yazıldığı “Randevu al” xanasını seçməlidir. Bu zaman ekranda görünən bildirişdə vətəndaşın müraciət edəcəyi tibb müəssisəsinin adı, ünvanı, eləcə də müayinə tarixi və saatı qeyd ediləcək.

Vətəndaş yuxarıda göstərilən eyni qayda ilə müayinə vaxtını dəyişə bilər. Bu zaman öncə alınan tarix silinəcək. Vətəndaşlar nəzərə almalıdırlar ki, randevunu icbari tibbi sığortanın platformasında yalnız uçuş tarixinə uyğun olaraq təqdim olunacaq aralıqda seçə bilərlər. Belə ki, uçuş tarixinə 48 saat qalmış randevu verilməsi mümkün olmayacaq (sərt karantin rejimi günləri tətbiq edilərsə, həmin günlərə düşən randevuların müddəti dəyişdirilə bilər). Uçuşdan ən gec 48 saat əvvəl və ən tez 96 saat əvvəl COVID-19 üçün müayinədən keçmək lazımdır.

Tibb müəssisəsinə müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsini və uçuş biletini mütləq şəkildə qeydiyyatçıya təqdim etməlidir. Sərnişinlərdən tələb olunan COVID-19 testi ödənişsizdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 611 16.06.20 15:05