Tovuzda azyaşlını maşın vurub » Median.Az - Bütün xəbərlər bir ünvanda


Tovuzda azyaşlını maşın vurub
Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, 2009-cü il təvəllüdlü Hüseynli Nurlan Rəşad oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          518 15.06.20 11:10