Bakıda tələbənin ölümü ilə nəticələnən səhlənkarlığa görə təcili yardım həkimi mühakimə olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |    

Bakıda tələbənin ölümü ilə nəticələnən səhlənkarlığa görə təcili yardım həkimi mühakimə olunur

Üç tələbənin zəhərlənməsi ilə əlaqədar (onlardan biri vəfat edib) çağırış zamanı vəzifələrini yerinə yetirərkən səhlənkarlığa yol verən Bakı Təcili Tibbi Yardım Stansiyasının həkimi Ramiz Cəfərov Yasamal rayon məhkəməsində ilk ifadəsini verib.

İyunun 9-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə R.Cəfərov barəsində başlanılmış cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu il təvəllüdlü), Dilrubə Quliyeva və Həmidə İbadova (hər ikisi 1998-ci il təvəllüdlü) zəhərlənib. Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyən ediblər, digər iki qız isə ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, bir neçə gündən sonra evə buraxılıblar.

İlkin olaraq tələbənin qida zəhərlənməsi nəticəsində öldüyü ehtimal edilib. Lakin zəruri istintaq tədbirlərinin aparılmasından sonra hüquq mühafizəçiləri qızların naməlum toksik maddə ilə zəhərləndiyi qənaətinə gəliblər.

Dörd ay sonra Ş.Xasmətovanın ölümünün səbəbinin divardakı çatdan keçən dəm qazının olması müəyyən edilib. Tələbənin yatağı ölümcül zəhərlənməsinə səbəb olan divardakı çatın yaxınlığında olub.

Hadisəyə qayıdaraq xatırladaq ki, çağırışa gələn həkim R.Cəfərov və tibb bacısı onlara sonradan müayinə zamanı qanlarında tapılan dimedrol inyeksiyası ediblər və yalnız şifahi olaraq özləri ilə birlikdə xəstəxanaya getmələrini bildiriblər. Qızlar inyeksiyadan sonra vəziyyətlərinin yaxşılaşacağına inanaraq, bundan imtina ediblər.

Səhər yenidən təcili yardım çağırılıb. Lakin bu zaman Ş.Xasmətova artıq həyatını itirmişdi. Ekspertizanın nəticəsinə görə, dimedrol zəhərlənmənin klinik əlamətlərinin inkişafını sürətləndirib və bunun nəticəsində tələbə ölüb.

Mayın 31-də həkimlə bağlı cinayət işi ayrıca icraata götürülüb.

İyunun 9-da keçirilən məhkəmə iclasında iştirak edən Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, dövlət ittihamçısı həkimin çağırışı qeydiyyata almaması, tələbələrin xəstəxanaya yerləşdirilməkdən imtina etməsini sənədləşdirməməsi və vəziyyətləri barədə valideynlərini məlumatlandırmaması göstərilən ittiham aktını oxuyub.

Bundan sonra müttəhim ifadə vermək istədiyini bildirib. O deyib ki, 20 noyabr axşamı çağırışa gələn zaman qızlarda zəhərlənmə əlamətləri aşkar etməyib.

“Ürəkbulanma, təngnəfəslik yox idi. Qızlar yalnız güclü başağrısından şikayətlənirdilər”, - təqsirləndirilən şəxs bildirib.

Lakin məhkəmə iclasında çıxış edən Dilrubə Quliyeva və Həmidə İbadova ona etiraz ediblər. Sonuncu həkim otağa girən zaman titrədiyini bildirib:

“Dedim ki, havam çatmır, nəfəs almaq çətindir. Həkim buna istehza ilə bildirdi ki, nəfəs alırsan, başqa nə istəyirsən?”.

İlk çağırış zamanı Şəkər Xasmətova çarpayıda oturub, qızlar halsız olub. Ancaq həkim iddia edir ki, qızlar onun suallarına adekvat cavablar veriblər.

Zərərçəkən tələbələrin sözlərinə görə, R.Cəfərov onlarda heç bir problem aşkarlanmadığını, lakin arzu etdikləri təqdirdə onları xəstəxanaya apara biləcəyini söyləyib. Qızlar sakitləşib və xəstəxanaya yerləşdirilməkdən imtina ediblər.

Tələbələrdən biri dəm qazı ilə zəhərlənmiş ola biləcəklərini ehtimal edib, çünki onlardan ikisi bir qədər əvvəl duş qəbul edib. Həkim bir mərtəbə aşağıda yerləşən duş otağına baxıb. O, dəm qazından zəhərlənmə ehtimalını istisna edib, çünki hər üç qız özlərini pis hiss etmələrindən şikayətləniblər. R.Cəfərov onlara inyeksiya edib və gedib.

Həmidə İbadova da həmçinin üç dəfə huşunu itirdiyini söyləyib: “Axşam mobil telefonumun səsini söndürdüm, səhər zəngli saatla oyandım. Bu vaxt xalam zəng etdi, amma cavab verə bilmədim, çünki huşumu itirdim, oyananda xəstəxanada idim”.

Qeyd edək ki, müttəhim özünü günahkar hesab eləmir.

Növbəti məhkəmə iclası iyunun 30-da keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 999 10.06.20 18:17