“MDB, Yaxın Şərq və Avropa ölkələrindən - üç istiqamətdən vətəndaşların çarter reysləri ilə gətirilməsi üçün qrafik hazırlanır”.
Median.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, vətəndaşların gətirilməsi qrafik üzrə həyata keçiriləcək:
“Həftədə bir çarter reysi olmaqla, proses davam edəcək”.