Azərbaycan vətəndaşları Dağıstanda aclıq aksiyası keçirir – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |    

Azərbaycan vətəndaşları Dağıstanda aclıq aksiyası keçirir – VİDEO

Azərbaycan vətəndaşları beşinci gündür ki, Dağıstanın Qullar kəndində aclıq aksiyası keçirirlər.

“Evə istəyirik!” şüarı altında keçirilən aksiyada 60-a yaxın şəxs iştirak edir.

Rəsmi Bakının COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərini bağlamasından sonra Dərbənd rayonunda 870 nəfərdən çox azərbaycanlı qalıb. Onların əksəriyyəti çadır şəhərciyində və yerli hotellərdə yerləşdirilib. Yüzlərlə şəxs isə sərhəd yaxınlığında icazəsiz düşərgə salaraq orada qalır.

“Euronews”a müsahibə verən vətəndaşlarımızdan biri Şakir Quliyev iki aydan çoxdur burada qaldığını söyləyib.

Sərhəddə qalan digər soydaşımız Malik Xudaverdi isə bildirib ki, hər həftə 130 nəfər vətəndaşımız Azərbaycana buraxılır.

“Çadırlar qurulub, amma artıq yer yoxdur. 300 nəfər yerləşə bilər, əlavə yer isə yoxdur”, - deyə M.Xudaverdi qeyd edib.

Sərhəddə insanlar istidən və antisanitariyadan əziyyət çəkirlər. Son üç ayda Azərbaycan ilk növbədə qadınlar və uşaqlar olmaqla, vətəndaşlarını cəmi üç dəfə qəbul edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 602 09.06.20 18:11