Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı artır - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı artır - AÇIQLAMA

“Ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayı artmağa davam edir”.

Bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı artmaqdadır:

“Bu gün Azərbaycanda 150-yə yaxın ağır vəziyyətdə olan COVID-19 xəstəsi var. Bu rəqəmlər günbəgün artmağa davam edir. Süni tənəffüs aparatlarına qoşulan 20-25 xəstə var. Aprelin sonu mayın əvvəlində süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 8 olub. Əlavə oksigen terapiyası aparılan pasiyentlərin də sayı artır.

Hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 3406-dır. Onların əksəriyyəti xəstəliyi yüngül keçirsə də, ağır və orta ağır vəziyyətdə olan xəstələrin sayı da az deyil. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrdə virusa yoluxma faktlarının artdığını təsdiq edib. Təəssüf ki, mövcud vəziyyət ürəkaçan deyil. Digər ölkələrlə müqayisədə yenə də Azərbaycanda qeydə alınan yoluxma və ölüm faktları nisbətən azdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 263 09.06.20 17:21