İki azyaşlı kimyəvi məhluldan zəhərlənib - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İki azyaşlı kimyəvi məhluldan zəhərlənib - AÇIQLAMA

“Son 10 gün ərzində səkkiz nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib”.

Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

O bildirib ki, son 10 gün ərzində metil spirtindən zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət daxil olmayıb:

“Son 10 gün ərzində xəstəxananın Toksikologiya Şöbəsinə sirkə turşusu ilə zəhərlənən iki nəfər, müxtəlif dərman zəhərlənmələri ilə səkkiz nəfər, dəm qazından zəhərlənmə ilə dörd nəfər, allergik reaksiya ilə isə altı nəfər müraciət edib.

Onlardan yalnız dəm qazından yüngül zəhərlənənlərə ilkin yardım göstərilib və evə buraxılıb. Digər şəxslərin müalicəsi xəstəxanada davam etdirilir.

Bundan başqa, İmişli rayonundan və Güzdək qəsəbəsindən ilan sancması ilə bağlı iki nəfər müraciət edib. Müraciətlər arasında ölüm faktı qeydə alınmayıb”.

A.Maqsudov onu da əlavə edib ki, məişətdə istifadə edilən kimyəvi məhlullardan zəhərlənmə şübhəsi ilə müraciət edən iki azyaşlıya isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 456 06.06.20 14:23