Komitə sədri aliment ödəməyənlərin saxlanılmasını təklif edir » Median.Az - Bütün xəbərlər bir ünvanda


Komitə sədri aliment ödəməyənlərin saxlanılmasını təklif edir
Milli Məclisin iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova alimenti ödəməyənlərlə bağlı məsələ qaldırıb.

H.Hüseynova “Məhkəmə-Hüquq Şurası” haqqında qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib ki, bəzən aliment ödəməyən şəxslər barədə tədbirlər görülmür.

Deputat qeyd edib ki, alimenti ödəməyən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmalıdır.

“Təklif edirəm ki, alimenti ödəməyənlər axtarışa verilsin, saxlanılsın və barələrində tədbirlər görülsün”, - deyə H.Hüseynova əlavə edib.
//oxu.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          482 05.06.20 16:34