Bakıda gözətçini marketdə qətlə yetirənlərin görüntüləri yayıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda gözətçini marketdə qətlə yetirənlərin görüntüləri yayıldı - VİDEO
Bakıda mağaza gözətçisini qətlə yetirən şəxslərin görüntüləri yayılıb.

İyunun 1-də, səhər saat 6:00 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən mağazanın anbarında orada işləyən Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işinə başlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə ilə bağlı Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar.

Faktla bağlı Daxili İşlər Nazirliyinin yaydığı videonu təqdim edirik:скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 699 05.06.20 13:57