Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: “Elə bildim, nəfəsim geri qayıtmayacaq” - ÖZƏL » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |    

Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: “Elə bildim, nəfəsim geri qayıtmayacaq” - ÖZƏL

“11 gündür M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunuram. İki dəfə koronavirusla bağlı analiz götürülüb. İlk gündə və bu gün verdiyim testin nəticələri neqativ çıxıb. Ağciyərlərimdə sətəlcəm aşkarlandığı üçün dərmanlar qəbul edirəm, təkrar rentgendən keçəcəyəm. Sağlamlığımda heç bir problem aşkar edilməsə, yaxın 3-4 gün ərzində evə buraxılacağam”.

Bu sözləri Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi xəstəxanaya düşdüyü ilk günlərdə yaşadıqlarını belə nəql edib:

“Bir gün reanimasiyada oldum. Elə bildim ki, nəfəsim bir daha geri qayıtmayacaq. Bu təhlükəli və acınacaqlı anı yaşadım. Şəkərim 60 vahidə düşdü. Bir tərəfdən şəkərim, bir tərəfdən də ürəyimdəki problemlər... Xəstəliklərim birdən-birə baş qaldırdı. Xəstəxanada yoluxanların əksəriyyəti süni tənəffüs aparatına qoşulub. Burada vəziyyət həqiqətən ciddidir.

Ailəmlə görüşə bilməsəm də, onlarla mütəmadi telefonla əlaqə qururam. Şükürlər olsun ki, onlardan götürülən test nümunələrinin nəticələri də mənfi çıxıb”.

S.Əliyev xüsusilə gənclərin virusa laqeyd yanaşdıqlarını, onların potensial daşıcıya çevrilərək, təhlükə saçdığını söyləyib.

“Palatalar koronaviruslu xəstələrlə tam doludur. Hətta ötən gün koronavirusa yoluxmuş xəstələri klinikaya qəbul etmədilər. Çünki boş yer yoxdur. Vəziyyət olduqca gərgin və ciddidir.

Redaksiyanız vasitəsi ilə üzümü gənclərə tutub deyirəm ki, siz yaşlı insanları özünüz də bilmədən yoluxdura bilərsiniz. Cavanların immun sistemi güclüdür. Zənn edirlər ki, belə olduğu təqdirdə koronavirusa yoluxa bilməzlər. Lakin bu, doğru düşüncə deyil. Koronavirusa yoluxaraq, xəstəliyin daşıyıcısına çevrilirsən. Hansısa xəstəlikdən əziyyət çəkən bir şəxsin yanında olub, təmasa girsən, bilmədən onu da yoluxduracaqsan. Bu kimi xırda, lakin olduqca vacib məsələləri gənclər dərk etməlidir.

İnsanlar buna laqeyd yanaşırlar. Elə bilirlər ki, koronavirus yoxdur. Amma xəstəxanadakı vəziyyətin necə ağır olduğunu görsələr, bəlkə onda baş verənləri doğru anlayarlar. Burada körpə övladlarını üç aydır ki, görməyən həkimlər var.

Yoluxmanın sayının artığını görən həkimlərin vəziyyəti daha da gərginləşir. Onların tək istəyi xəstəliyin bitməsi və yenidən ailələrinə qovuşmaqdır.

Operativ qərargahın son addımını alqışlayıb, yüksək qiymətləndirirəm. Türkiyə kimi böyük dövlət bayram günlərində üç günlük ciddi karantin rejimini tətbiq etdi. Ölkəmizdə də bu cür qərarın verilməsi doğrudur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            873 04.06.20 14:09