Mərkəzi Bank ölkədə dollarda olan kartlara məhdudiyət tətbiq etmədiyini bildirir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Mərkəzi Bank ölkədə dollarda olan kartlara məhdudiyət tətbiq etmədiyini bildirir

“Azərbaycan Mərkəzi Bankı tərəfindən bankların öz müştərilərinə təqdim etdiyi kartlar vasitəsilə əməliyyatların aparılmasına dair hər hansı məhdudiyyət tətbiq edilməmişdir”.

Bunu banker.az saytının sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankı bildirib.

Qeyd edək ki, ölkədə əksər banklarda xarici valyutada (USD,EUR) açılmış debet kartlara manat hesablarından transfer və eləcə də terminallar vasitəsi ilə manat daxil etməklə balans artırmaq üçün məhdudiyyətlər tətbiq edilir. Banklar hətta bunun AMB tərəfindən tətbiq edildiyini bildirmişdi.

Lakin, Mərkəzi Bank, kartlar üzrə əməliyyat limitlərinin tətbiqinə dair banklara “heç bir göstəriş vermədiyini” bildirmişdir.

Məlumdur ki, ölkədə nağd dollar satışında limitlər tətbiq edilir, 500 dollardan yuxarı vəsait mübadilə etdikdə (alış), həmin vəsaitə görə əlavə sorğu blankları tələb edilir. Kart əməliyyatlarında isə bu bir qədər asandır, bank kassalarının önündə vaxt itirməyə ehtiyac qalmır.

Öncəki yazımızda da banklar bu məhdudiyyətin “süni exchange” əməliyyatlarının qarşısının alınmasına görə tətbiq edildiyini bildirmişdilər.

Görünən isə, terminala manat daxil edilərək, avtomatik olaraq hesaba dollarda konvertasiya olunduğu üçün banklarda əlavə xarici valyutada öhdəlikləri yaranır. Məhdudiyyətin səbəbi də budur. Yəni, bir çox banklar buna cavab kimi bunu bildirməsələrdə, dolayı yolla anlaşılan budur.

Digər bir banka müraciət etdikdə isə məlum məhdudiyyətin bankdaxili prosesinq ilə bağlı işlərin aparılması ilə əlqələndirirlər. “Xarici valyutada hesabınızı artırmaq üçün yalnız bankın filiallarına yaxınlaşmağınız lazımdır” – deyə, bankların birindən deyirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            887 04.06.20 11:59