Tramp tibbi müayinədən keçdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Tramp tibbi müayinədən keçdi
ABŞ prezidenti Donald Tramp ABŞ administrasiyasının 45-ci rəhbəri qismində yenidən tibbi müayinədən keçib.

Median.Az xəbər verir ki, bunu Ağ Ev rəsmisi Keyli Makinani bildirib.

“Tibbi müayinə ilə bağlı bəzi təfərrüatlar sonra açıqlanacaq. Ancaq bir sözlə, prezident sağlamdır”, Makinani bildirib.

Qeyd edək ki, ABŞ prezidentləri tibbi müayinə keçməyə məcbur deyillər, lakin 37-ci administrasiya başçısı Riçard Niksonun (1913-1994) dövründən bu, adi praktika halını alıb.

Əvvəlki belə hallarda HDQ-nin Vaşinqton yaxınlığındakı Betesda yaşayış məntəqəsində yerləşən tibb mərkəzinin həkimləri adətən tibbi müayinənin nəticələrinə prezidentin səhhətinin ona səlahiyyəti başa çatanadək vəzifəsini icra etməyə imkan verdiyi barədə imza da atırdılar.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          429 03.06.20 23:31