Gəncə sakini 85 yaşlı anasını döydü » Median.Az - Bütün xəbərlər bir ünvanda


Gəncə sakini 85 yaşlı anasını döydü
Gəncədə oğul 85 yaşlı anasını döyərək, ona xəsarət yetirib.

Report-un məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi qiymətləndirirlər.

Hadisənin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          559 03.06.20 19:16