Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda daha bir qurumun əməkdaşlarında koronavirus aşkarlandı - RƏSMİ

03.06.2020 15:30 1 928
Azərbaycanda daha bir qurumun əməkdaşlarında koronavirus aşkarlandı - RƏSMİ
Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanların olduğunu açıqlayıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən sorğumuza cavab olaraq bildirilib ki, dənizçilər gəmiyə növbəyə getməzdən əvvəl təcrid proseduru əsasında yeni növ koronavirusa (COVID-19) qarşı analizdən keçirlər:

“Son üç sutka ərzində aparılan testlərin nəticəsinə görə dörd dənizçinin analizi pozitiv olub. Həmin əməkdaşlar hazırda karantinə alınıb və özlərini yaxşı hiss edirlər”.

Bildirilib ki, ASCO-da koronavirus pandemiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər 2020-ci ilin əvvəlindən görülür.

Gəmilər və sahil obyektləri mütəmadi dezinfeksiya edilir, əməkdaşlar isə fərdi mühafizə, o cümlədən, dezinfeksiyaedici məhlullarla təmin olunur. Hazırda ASCO-da iş öz ahəngi ilə davam edir, əməkdaşlar fəaliyyətlərini Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında həyata keçirirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, əməkdaşlar arasında koronovirus infeksiyasına (COVİD-19) yoluxma halı olmayıb:

“Mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi fəaliyyətini əsasən məsafədən təşkil edir. Bununla belə, əməkdaşların xüsusi karantin rejimi ilə bağlı müvafiq qaydalarda əksini tapan meyarlara uyğun gələn bir qismi zəruri səbəblərdən işə çıxsa da, birbaşa ünsiyyət tamamilə məhdudlaşdırılıb. Ancaq onlayn proqramlar, elektron poçt, telefon və digər müvafiq vasitələrlə qarşılıqlı əlaqə yaradılır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq məlumatlarına və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq, fəaliyyətimizin məsafədən təşkil olunması kollektivimizə infeksiyadan daha etibarlı şəkildə qorunmağa və səmərəli işləməyə imkan verir.

İşdən və ya evdən aparılan müzakirələr onlayn qaydada təşkil olunur, zərurət olduqda videokonfranslar keçirilir. Həmçinin məktəb rəhbərləri ilə onlayn müzakirələr aparılır və məktəblilər arasında onlayn müsabiqələr təşkil olunur.

Fəaliyyətin əsasən məsafədən təşkilində əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması, idarə əməkdaşlarına sosial təcrid üçün əlverişli şəraitin yaradılması və onlayn tədris məsələlərinin müzakirəsindən ibarətdir.

Müzakirələrdə məktəblilərin məsafədən tədris prosesində fəal iştirakı üçün mövcud imkanlar araşdırılır, müəllim-şagird ünsiyyətinin davamlılığının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılır. Həmçinin, məktəblilərin elektron tədris resurslarından istifadəyə sövq edilməsi üçün müəllim və valideynlərin üzərinə düşən vəzifələrə nəzər salınır.

Onu da qeyd edək ki, müvafiq qabaqlayıcı tədbirlər görülüb, idarənin inzibati binasında iki dəfə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır”.

Təhsil Nazirliyindən qeyd edilib ki, koronavirusa yoluxma ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb.

Son xəbərlər