375 həmvətənimiz Rusiyadan Azərbaycana qayıdıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

375 həmvətənimiz Rusiyadan Azərbaycana qayıdıb

Rusiya ilə sərhəddə qalan həmvətənlərimiz Azərbaycana qayıdıblar.

Dag.aif.ru xəbər verir ki, bu barədə Dağıstanın baş nazirinin müavini Ramazan Cəfərov respublikanın başçısı Vladimir Vasilyevlə keçirdiyi videokonfrans zamanı məlumat verib.

Bildirilir ki, Dağıstan ərazisində vətənə qayıtmağı gözləyən 764 vətəndaşımızdan 375-i “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyyə edilib.

Azərbaycanda olan Rusiya vətəndaşlarının ölkələrinə qayıtmasında da problem yoxdur:

“Səfirliyimizlə sıx əlaqədəyik. 15 gün fasilədən sonra səfirliyimiz ölkəmizə qayıtmaq istəyən Rusiya vətəndaşlarının siyahısını hazırlayır. Sabah Azərbaycandan 400-ə yaxın Rusiya vətəndaşını qəbul etməyə və 14 gün ərzində müşahidə üçün yerləşdirməyə hazırıq”, - deyə R.Cəfərov qeyd edib.

Dağıstanın başçısı V.Vasilyev bildirib ki, Azərbaycan Rusiyadan vətənə qayıtmaq istəyən şəxslər üçün xüsusi sayt açıb. Bu, onların çətinliklər olmadan sərhədi keçmələrinə imkan verəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 700 03.06.20 13:59