Cəlilabadda məktəbli çayda boğularaq öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda


Cəlilabadda məktəbli çayda boğularaq öldü
Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.

APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb.

Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, 2 saylı orta məktəbin doqquzuncu sinif şagirdi, 2004-cü il təvəllüdlü İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb.

Nəticədə İ.Şəbiyev boğularaq ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          613 03.06.20 13:38