“Formula 1” üzrə dünya çempionatının təqvimi açıqlandı: Azərbaycanın adı yoxdur » Median.Az - Bütün xəbərlər bir ünvanda


“Formula 1” üzrə dünya çempionatının təqvimi açıqlandı: Azərbaycanın adı yoxdur
“Formula 1” üzrə dünya çempionatının cari mövsüm üçün cədvəli açıqlanıb.

Bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-Prisinin adı siyahıda yoxdur.

Avstriya və Böyük Britaniyada iki yarış keçiriləcək. Azarkeşsiz baş tutacaq rəsmi təsdiqlənmiş səkkiz yarış bunlardır:

Avstriya Qran-Priləri (3-5, 10-12 iyul), Macarıstan Qran-Prisi (17-19 iyul), Böyük Britaniya Qran-Priləri (31 iyul-2 avqust, 7-9 avqust), İspaniya Qran-Prisi (14-16 avqust), Belçika Qran-Prisi (28-30 avqust), İtaliya Qran-Prisi (4-6 sentyabr).

Qalan yarışların cədvəli daha sonra açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinin sentyabrın sonlarında keçiriləcəyi ehtimal edilir. Lakin Bakı Şəhər Halqası yarışı azarkeşsiz keçirmək istəmir. Bu səbəbdən də bu il Bakıda yarış keçirilməyə bilər.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          784 02.06.20 17:45