Azərbaycanlı müğənninin həyat yoldaşı 30 minlik dələduzluq edib - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanlı müğənninin həyat yoldaşı 30 minlik dələduzluq edib - VİDEO

Acınacaqlı vəziyyətdə yaşayan müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin Əzizbəylinin dələduzluq etdiyi barədə iddialar səslənib.

Median.Az
xəbər verir ki, Ofeliya Kərimova adlı qadın ARB televiziyasında yayımlanan “Elgizlə izlə” sosial-ictimai proqramında N.Əzizbəylinin onu aldadaraq, 30 min manatını mənimsədiyini açıqlayıb.

O.Kərimova məhkəməyə qədər uzanan qalmaqallı məsələni belə nəql edib:

“O, xanıma inandım. Onun adı Nərmin yox, Afaqdır. Məni aldatdı. Onların “Nizami” metrosu yaxınlığında anasından qalan bir otaqlı köhnə evləri var. Söhbət 2014-cü ildən gedir. Uşaqlarımız bir məktəbdə oxuyurlar. Bu qadın həmin evi mənə göstərdi, dedi ki, 30 min manatım var. Ağladı ki, başqa yerdən ev alma, anamdan qalan ev var, gedək, göstərim. Evə baxdım və razılaşdım həmin evi almağa.

Banka getdik, pulumu çəkdirdi və məni aldatdı. Pulları alandan sonra söylədi ki, evin sənədləri yoxdur. Sənəd düzəltdirirəm. Məsələ ilə bağlı dəfələrlə məhkəmədə olmuşuq. Məhkəmə mənim xeyrimə qərar çıxarıb. Hazırda iş icradadır”.

Müğənninin həyat yoldaşı N.Əzizbəyli canlı efirə zəng edərək, O.Kərimovanın həqiqəti söylədiyini və bir ay ərzində həmin məbləği ona geri qaytaracağını bildirib:

“Ofeliya xanımı tanıyıram. Bizim övladlarımız bir məktəbdə oxuyurlar. Ərimin bu məsələdən xəbəri yoxdur. O, 30 mini bütöv verməyib, az-az verib. Ona üç il ərzində hər ay 200 manatı əlbəəl qaytarmışam. O pulu ondan alanda notarius yox idi.

Bir il sonra o xanıma dedim ki, sizi aldatmıram, evimiz sökülsün, pulunuzu qaytaracağam. Ondan sonra dedi ki, mən notariusa qol çəkmirəm ki, mənə hər ay 200 manat ödəmisiz. Ofeliya xanıma borcum olduğunu danmıram. Bu ayın axırına 30 minini qaytaracağam.

Evimiz pis vəziyyətdədir, söküləcək. Təzyiqim yüksək olduğundan sabah xəstəxanaya yerləşəcəyəm. Üç dəfə ağır əməliyyat keçirmişəm”.

Qeyd edək ki, müğənni Nurlan Əzizbəyli maddi baxımdan sıxıntılar yaşadığı və ona məxsus həyət evi yararsız vəziyyətə düşdüyü üçün ATV telekanalında yayımlanan “Bizimləsən” proqramına müraciət edərək, kömək istəyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 333 01.06.20 20:32