Azərbaycanda şəhər mərkəzində görüntülənən ayı işgəncələrə məruz qalıb? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda şəhər mərkəzində görüntülənən ayı işgəncələrə məruz qalıb? - AÇIQLAMA

Dünən Şəkidə şəhər mərkəzində ayı görüntüləndiyinə dair məlumat yayılıb. Nazirlik ayının zərər görmədən təbiətə qaytarılması üçün müvafiq tədbirlər görüb.

Maraqlıdır, bir çox dağətəyi, vəhşi təbiətə yaxın şəhər mərkəzləri var. Şəki də bunlardan biridir.

Bu şəhərlərdə və ya regionlarda vəhşi heyvanları zərərsizləşdirmək üçün mütəxəssislər varmı? Ümumiyyətlə, ölkəmizdə belə ekstremal hallara hazırlıq hansı səviyyədədir?

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Oxu.Az-a açıqlamasında bildirib ki, Şəkinin mərkəzində gəzən ayının davranışından sağlam olmadığı hiss olunurdu:

“Görmə qabiliyyətini itirmiş kimi davranırdı. Hər bir halda reabilitasiya mərkəzində baytarlar tərəfindən yoxlanılması lazımdır. Çünki xəstə heyvanı təkrar təbiətə buraxmaq olmaz. Yenə insan məskənlərinə gələcək, ya kiməsə xəsarət yetirəcək, ya kimsə onun yaxınlaşdığını görüb öldürəcək. Ona görə öncə Altıağaca aparılması düzgün addımdır”.

E.Əsgərov şəhərlərdə və ya regionlarda vəhşi heyvanları zərərsizləşdirmək üçün vasitə və mütəxəssislər olmaması barədə də danışıb.

O qeyd edib ki, ümumiyyətlə, bu sahənin mütəxəssisi az tapılır:

“Yalnız Bakı zooparkında heyvanı immobilizasiya edə bilən mütəxəssislər var. Bu, incə məsələdir. Keyidici maddənin dozası artıq olsa, heyvan ayılmaya bilər. Az vurulsa, daha da aqressiv olub, adamları öldürə bilər.

İynəni heyvanın hansı hissəsindən vurmağı bilmək lazımdır. İynə düzgün vurulmasa, heyvan ölə bilər. Ona görə də belə təcrübə bizdə yalnız Bakı zooparkının işçilərində var. Ölkəmizdə isə bircə zoopark var”.

İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova isə bildirib ki, Şəkidəki qonur ayı avtomobillərə və şəxsi əmlaklara ziyan vurduğu üçün vətəndaşların bir qismi ayının öldürülməsini təklif ediblər:

“Ekologiya Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları bununla razılaşmayıblar. Biz İctimai Şura olaraq Nazirliyə, xüsusilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə öz minnətdarlığımızı bildiririk ki, məlumat daxil olan kimi sözügedən xidmətin mütəxəssisləri Bakıdan Şəkiyə ezam olunublar.

Mütəxəssislər və həkimlər beynəlxalq təcrübələri, eyni zamanda, ayının səhhətini də nəzərə alaraq, lazımi qaydalara əməl etməklə ayıya iynə vuraraq yatırdıb, heyvanı Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiya Mərkəzinə aparıb”.

“Buna baxmayaraq, ictimai fəal adlandırdığımız bəzi vətəndaşlar qonur ayının hansısa işgəncələrə məruz qaldığını deyirlər. Qeyd etmək istərdik ki, bu sözlər həqiqətə uyğun deyil və proses peşəkarcasına aparılıb. İctimai Şuranın sədri olaraq ictimaiyyəti bu məsələyə peşəkarcasına diqqət yetirməyə və qərəzsiz bir mövqedən baxmağa çağırıram.

Bildirmək istəyirəm ki, ayı aparıldığı mərkəzdə reabilitasiya keçdikdən sonra səhhətində hər hansı bir problem olmazsa, dərhal vəhşi təbiətə buraxılacaq.

İctimai Şura bu məsələni diqqət mərkəzində saxlayır və yaxından izləyir. Şuranın üzvləri qonur ayının Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiya Mərkəzinə aparılmasında iştirak edəcəklər. Bu işdə fəallıq, təmkinlilik və dözümlülük göstərən bütün qurumlara və Şəki şəhər sakinlərinə minnətdarlığımızı bildiririk”, – deyə sədr qeyd edib.

Qeyd edək ki, dünən gecə saat 4 radələrində Şəki şəhərinin Axundzadə prospektinin 20 yanvar küçəsi ilə kəsişdiyi ərazidə qonur ayının hərəkəti qeydə alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 630 01.06.20 14:56