Azərbaycanda polis bıçaqlandı - RƏSMİ AÇIQLAMA/FOTO + YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanda polis bıçaqlandı - RƏSMİ AÇIQLAMA/FOTO + YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bərdə rayonunda polis əməkdaşının bıçaqlanması məsələsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, bu gün səhər saat 11:00 radələrində rayonun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərova Bərdə Rayon Polis Şöbəsinə zəng edərək bildirib ki, hazırda atası və qardaşı tərəfindən döyülür:

“Həyatı təhlükədə olub. Dərhal RPŞ-nin Əməliyyat İstintaq qrupu kəndə yollanıb. Onlar qadının qardaşı tərəfindən döyüldüyünü görüblər. V.Cəfərovanı qardaşının əlindən alan zaman o, əlindəki bıçağı bacısına vurarkən polis əməkdaşı Eşqin Məmmədov özünü bıçağın qabağına atıb və bıçaq ona dəyib”.

E.Zahidov bildirib ki, polis öz həyatı bahasına başqasının həyatını xilas edib:

“Hazırda polis əməkdaşı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qızı döyən qardaşı Elşən Cəfərov da saxlanılaraq, RPŞ-ə gətirilib”.


* * * * *

Bərdə rayonunda polis əməkdaşına xəsarət yetirilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Rayonun Qaradəmirçi kəndində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı Eşqin Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 148 30.05.20 16:51