Bakı-Sumqayıt yolunda yenidənqurma işlərinin yekunlaşacağı tarix açıqlandı - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakı-Sumqayıt yolunda yenidənqurma işlərinin yekunlaşacağı tarix açıqlandı - RƏSMİ

Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri iyun ayının ilk ongünlüyündə yekunlaşacaq.

Bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində magistral yolun, demək olar ki, hər iki hissəsində görülən tədbirlər tamamlanmaq üzrədir:

“Artıq genişləndirilən hərəkət zolaqlarına asfalt döşənməsi prosesi başa çatdırılıb. Sağ və sol istiqamətdə əlavə bir hərəkət zolağı yaradılıb. Xırdalan dairəsi istiqamətindən Masazır dairəsinədək yol, həmçinin, Xırdalan dairəsinin altından keçən avtomobil tuneli hər iki istiqamət üzrə iki hərəkət zolağı enində genişləndirilib.

Paytaxtda Sumqayıt şəhəri istiqamətindən giriş-çıxışı təkmilləşdirmək məqsədilə “20 Yanvar” metrostansiyasının “Azərsu” ASC-nin inzibati binasının qarşısında yerləşən çıxışının yeri dəyişdirilərək, 8-10 metr irəli çəkilib.

“20 Yanvar” dairəsinin ölçüləri də dəyişdirilərək, “oval” formaya salınıb. Sadalanan bütün işlər artıq, demək olar ki, başa çatıb. Xırdalan dairəsinin altından keçən tunel ətrafında son tamamlanma işləri qalıb. O işlər də iyun ayının ilk ongünlüyündə tam başa çatdırılacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 566 30.05.20 15:51