Deputat Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |    

Deputat Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirdi

Milli Məclisin deputatı Rüfət Quliyev Avropa İnsan Hüquqları Məhkəməsinin 2020-ci il 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarına münasibət bildirib.

R.Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, qərarda ermənilərin əsas tələbi - Ramil Səfərovun əfv olunmasının əleyhinə olan iddia təmin edilməyib.

“Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasına diqqət edək. Bildirilir ki, Avropa Məhkəməsi Ermənistanın əsas iddianı təmin etməyib. Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən başlamasını tələb etmir. Rəsmi Bakının məlumatından görünür ki, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi, Ramil Səfərovun zəbt olunmuş Cəbrayıl rayonundan köçkün olması və onun çoxsaylı qohumlarının ermənilər tərəfindən öldürülməsi qərarda öz əksini tapmayıb”, - deyə R.Quliyev əlavə edib.

Onun sözlərinə görə, qərarda “Çıraqovlar və digərləri Ermənistana qarşı” məsələsinə toxunulmayıb.

Bildirək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-cı ilin 16 iyun tarixli “Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarında Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyətindən bəhs olunur.

Deputat qeyd edib ki, bu məsələni qaldıranlar Ermənistanı məhkəməyə vermişdilər.

“İddiaçılar Azərbaycan vətəndaşları idilər. Amma Avropa Məhkəməsinin həmin qərarının icrası indiyə qədər həllini tapmayıb. Qeyd olunanları və digər nüansları nəzərə alaraq deyə bilərik ki, Ramil Səfərovun məsələsində Azərbaycan beynəlxalq hüquqi məsuliyyət daşımır”, - deyə R.Quliyev söyləyib.

Xatırladaq ki, Avropa Məhkəməsinin “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarında Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin Azərbaycan hökuməti tərəfindən pozulmadığı müəyyən edilib.

Azərbaycan XİN-in açıqlamasında deyilir ki, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və Azərbaycan hökumətini təmsil etməyib:

“Beləliklə də, Azərbaycan hökuməti bu əməllərə görə beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz. Eyni zamanda hesab edirik ki, Silahlı Qüvvələrimizin zabiti Ramil Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və iztirablarını yaşadığı məhkəmə işində nəzərə alınmalı idi”.

Rəsmi Bakı Avropa Məhkəməsini qınayan bəyanat da səsləndirib:

“Yaxşı olardı ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini və Ramil Səfərovun məhz bu işğal siyasətinin qurbanı olan məcburi köçkün olduğunu qərar ilə bağlı yaydığı məlumatında qeyd edərdi”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            640 28.05.20 13:48