Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... - VİDEO

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödənilməsi prosesinə başlanılıb.

Qafqazinfo-nun verdiyi xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən tətbiq olunan cəriməni 40 gün müddət tamamlandığı halda ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.


Artıq minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır.

BDYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, cəriməni ödəmək üçün qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra müvafiq qərarın verilməsi ilə bağlı məhkəməyə müraciət olunur:

“Məhkəmə cərimənin həmin şəxsin əmək haqqından, pensiyasından və digər gəlirlərindən tutulmasına qərar verə bilər. Eyni zamanda, cərimə olunan şəxslərin əmlakına həbs qoyula bilər. Artıq bununla bağlı məhkəmə qərar verəcək”.

Mayın 18-dək təkcə yol polisləri tərəfindən 55 678 sürücü karantinə görə cərimə olunub. Eyni zamanda, piyada naryadında xidmət aparan polis əməkdaşları da qayda pozan on minlərlə şəxs haqda protokol tərtib ediblər.

Lakin qərarla razılaşmayaraq, protokol tərtib edən orqanlara qarşı da iddialar qaldıranlar var. Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib.

İyunun 1-dən başlayaraq, məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq.

Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur. Buna görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan beş min manatadək cərimə edilir. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 347 27.05.20 14:39