Azərbaycanda polisdə koronavirus aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |     12:14 “WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA  |     12:11 Bakıda bina sökülür: Sakinlər narazıdırlar - VİDEO  |    

Azərbaycanda polisdə koronavirus aşkarlandı

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşında koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, rayon ərazisində xidmət aparan polis əməkdaşının səhhətində problem yarandığı üçün həkimə müraciət edib. Ondan götürülən testin nəticəsi pozitiv çıxıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumatı təsdiqləyib:

“Karantin rejiminə polislər nəzarət etdiyi üçün Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, rayon polis şöbələrinin əməkdaşları mütəmadi olaraq testlərdən keçirilir. Bununla da yoluxma halları müəyyən edilir. Bu yaxınlarda Gədəbəy Rayon Polis şöbəsininin əməkdaşları testdən keçirilərkən bir nəfərdə şübhələr yaranıb. Həmin polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Xəstəxanaya yerləşdirilən həmin polisin vəziyyəti hazırda yaxşıdır. Dərhal onun iş yoldaşları, ailə üzvləri və təmasda olduğu insanlardan nümunələr götürülüb və onlarda bu virus aşkarlanmayıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 509 27.05.20 14:36