Sevindirici haldır ki, ölkədə karantin şərtləri xeyli yumşaldılıb, amma koronavirusa yoluxanların və ölənlərin sayının günü-gündən artması da göz qabağındadır.
İctimai yerlərdə, xüsusən qapalı məkanlardakı müşahidələrimiz onu deməyə əsas verir ki, karantindən sonra yaranan rahatlıq insanları xeyli arxayınlaşdırıb.