Koronavirus xəstələri üçün zərərli dərmanlar - Alimdən xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Koronavirus xəstələri üçün zərərli dərmanlar - Alimdən xəbərdarlıq

Virusoloq Nadejda Jolobak koronavirus xəstələri üçün hansı preparatların zərərli olduğunu açıqlayıb.

Bu barədə “Veçernyaya Moskva” qəzeti yazıb.

Virusoloqun sözlərinə görə, bəzi COVID-19 xəstələri adi soyuqdəymə zamanı istifadə olunan preparatlardan (“ibuprofen”, “aspirin”, “voltaren”, “diklofenak” və “naproksen”) istifadə edirlər. Bu isə tamamilə yolverilməzdir.

Fransa və İtaliyadan olan tədqiqatçıların təcrübəsi sözügedən preparatların orqanizmdə virus üçün daha münbit şərait yaratdıqlarını göstərib.

Dərmanlar koronavirus üçün faydalı mühit yaradır və nəticədə, ağciyərlərə nüfuzetmə asanlaşır, bu da iltihab prosesinə, pnevmoniyaya səbəb olur, habelə alveolları zədələyir.

Virusoloq həmçinin koronavirusun müalicəsi zamanı “paratsetamol”dan istifadə etməməyi məsləhət görüb. O qeyd edib ki, sözügedən dərmanın qəbul edilməsinin nəticələri gözlənilməz ola bilər. Bu preparatın COVID-19-a təsiri hələlik tam öyrənilməyib.

N.Jolobak, eyni zamanda koronavirus xəstələri üçün ağrıkəsicilərin də zərərli olduğunu vurğulayıb.

“Əsas şərt budur: yüksək temperaturunuz varsa, təcili şəkildə həkimə müraciət edirsiniz və özünümüalicə ilə məşğul olmursunuz”, - deyə ekspert bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            722 26.05.20 11:59