Bakıda hamı ondan danışır - Mağazalarda nisyə dəftərlərini bağlayan “görünməz adam” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bakıda hamı ondan danışır - Mağazalarda nisyə dəftərlərini bağlayan “görünməz adam” - VİDEO

Paytaxtda xeyirxah bir insan sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. Adını və kimliyini bildirməyən həmin şəxs bu hərəkəti ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb.
 
 ''Bir əlin verdiyini, digər əl bilməməlidir '' misalı paytaxtda gerçəkləşib. Belə ki, xeyirsevər bir şəxs mağazalara gələrək sakinlərin borcunu ödəyib, nisiyə dəftərlərini isə özü ilə aparıb.
 
Obyekt sahibləri bildirir ki, uzun illərdir nisiyə mal versələr də belə bir halla ilk dəfədir ki, qarşılaşırlar. Həttə bağlanan borclar arasında illərdir ödənilməyənlər də olub.
 
Bu hal isə bir daha onu göstərir ki, Azərbaycan xalqı hər zaman biri-birinə dəstək olur. Kimisi bunu başqalarına örnək olmaq üçün əyani şəkildə göstərir, kimisi də sadəcə gizlindən savab qazanır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 246 25.05.20 22:32