Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Sahil Babayev: “Azərbaycanda daha beş DOST mərkəzinin açılması üçün işlər görülür”

22.05.2020 22:43 2 296
Sahil Babayev: “Azərbaycanda daha beş DOST mərkəzinin açılması üçün işlər görülür”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, yaxın aylarda Bakının Binəqədi rayonunda da yeni DOST mərkəzi açılacaq.

Prezident İlham Əliyevin tapşırığına əsasən, DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə yeni DOST mərkəzlərinin yaradılması təmin olunacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında vurğulayıb.

O bildirib ki, hazırda daha beş mərkəzin – Binəqədi, Abşeron, Sumqayıt, Quba və Bərdə rayonlarında DOST mərkəzlərinin açılması üçün işlər aparılır. Nazir Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsinin dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğunun təminatına imkan verdiyini qeyd edib. Bildirib ki, bu konsepsiya, eyni zamanda, mərkəzlərdə dövlət sosial xidmətlərinin innovativ əsasda daim təkmilləşməsini, yeni dəstək mexanizmləri ilə zənginləşməsini hədəf kimi nəzərdə tutur. Yaradılan DOST mərkəzləri də bu prinsipi rəhbər tutmalıdır. Həmçinin 142 - Çağrı mərkəzinin fəaliyyəti müraciətlərin cavablandırılması funksiyası ilə bərabər, dəstək mərkəzi tipli missiyanı daşımaq üçün təkmilləşməlidir.

S.Babayev vurğulayıb ki, dövlət başçısının müəyyən etdiyi əsas vəzifələrdən biri - şəffaflığın təminatı, korrupsiyaya qarşı ardıcıl və qətiyyətli mübarizənin aparılmasıdır. Nazirliyin daxili audit yoxlamaları nəticəsində aşkar olunan qanun pozuntularına hüquqi qiymət verilməsi üçün bu barədə məlumatlar aidiyyəti orqanlara təqdim edilir. Qarşıdakı dövrdə də əmək, məşğulluq, sosial müdafiə sistemində əsas prinsip şəffaflığın təminatı olacaq və bu prinsipə zidd fəaliyyət göstərənlərə qarşı ciddi tədbirlər görüləcək, qanun pozuntularına yol verilməsinin qarşısının alınması üçün qətiyyətli addımlar davam etdiriləcək. Bununla yanaşı, aparılan köklü islahatlar da dövlət sosial xidmətlərində şəffaflığın təminatına nail olmağa imkan verir ki, bunun əyani nümunəsi - DOST mərkəzləridir. Bu mərkəzlərin sayının artırılması da şəffaflığın təminatı sahəsində yeni-yeni nailiyyətlərə yol açır.

S. Babayev sosial ödənişlərin davamlılığının təmin edildiyini, pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişinin artıq hər ay vaxtından daha tez həyata keçirildiyini deyib. O qeyd edib ki, bu pozitiv proses qarşıdakı dövrdə də uğurla davam etdiriləcək. Nazir bildirib ki, həssas əhali qrupları ilə bağlı qanunvericiliyin humanistləşdirilməsi bu gün əsas fəaliyyət istiqamətlərindən biridir. Bu proses pensiya qanunvericiliyini də əhatə edir. DSMF-nin nəzdində “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi” publik hüquqi şəxs yaradılır ki, bu da qeyd edilən şəxslərə göstərilən sosial xidmətlərin keyfiyyətinin artmasına hesablanıb.

S.Babayev Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, vətəndaşların qəbulu prosesi və s. barədə də tapşırıqlarını verib. İclasda Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun layihəsi, “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi” publik hüquqi şəxsin yaradılması, nizamnaməsinin, strukturunun və ştat cədvəlinin təsdiq edilməsi məsələləri ətraflı müzakirə olunub.

Son xəbərlər