Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Goranboyda sakinlərin torpaqlarını zəbt edən şəxslərlə bağlı araşdırma aparılır - VİDEO

21.05.2020 20:03 2 835
Goranboyda sakinlərin torpaqlarını zəbt edən şəxslərlə bağlı araşdırma aparılır - VİDEO
Sosial şəbəkələrdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsi ilə bağlı xəbərlər aidiyyəti orqanlar tərəfindən araşdırılıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı mayın 14-də Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev örüş torpaqlarının kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi ilə əlaqədar şikayət üçün rayon İcra Hakimiyyətinə gəldikləri məlum olub.

Lakin iddialar arasında İcra hakimiyyətinin vəzifəli şəxslərinin qəbul zamanı onları döyüb, Arzu Verdiyevi isə pəncərədən aşağı atdıqları qeyd olunub. Məsələ ilə bağlı kiçik araşdırma apardıq. Hadisə şahidlərindən aldığımız məlumata görə, belə bir hal baş verməyib. Onların sözlərinə görə, Arzu Verdiyev və Eldar Musayevin iddiaları əsassızdır.

Goranboyun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kəndinin bir qrup sakini redaksiyamıza müraciət edərək, onların qanunu istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edildiyini bildiriblər.

Əldə etdiyimiz məlumata görə, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlu açıqlamasında həmkəndlisi Musayev Eldarla icra başçısının birinci müavini Ceyhun Həsənovun qəbuluna getdiklərini deyib. Onun sözlərinə görə, C.Həsənov onları qəbul edib dərdlərini dinləyəcəyini desə də, onları otaq salaraq kobud rəftar edib. A.Verdiyev isə icra başçısının müavini tərəfindən döyülüb, pəncərədən atıldığını iddia edib.


Son xəbərlər