Hava Hücumundan Müdafiə bölmələri mövqe rayonlarını tutublar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Hava Hücumundan Müdafiə bölmələri mövqe rayonlarını tutublar - VİDEO
Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          701 21.05.20 14:09