İki dövlət rüsumu ləğv edilir - YENİLİK » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

İki dövlət rüsumu ləğv edilir - YENİLİK

​Azərbaycanda şərabçılıq məhsullarına görə müəyyən olunan bəzi dövlət rüsumlarının ləğv edilməsi gözlənilir.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 18.62.2 və 18.62.3-cü maddələrinin ləğvi təklif edilir.

Bu, o deməkdir ki, adlar verilən şərabçılıq məhsullarına görə dövlət reyestrində qeydiyyata alınma üçün müəyyən edilən dövlət rüsumu ləğv olunur. Həmçinin, bu tip şərabçılıq məhsullarının attestasiyası üçün də rüsum aradan qaldırılır.

Bildirək ki, mövcud qanuna əsasən, hər iki halda şərabçılıq məhsullarına 10 manat rüsum tətbiq edilir.

Qeyd edək ki, adlar verilən şərabçılıq məhsullarına ekspertiza üçün rüsum 25 manat olaraq qalacaq.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            745 20.05.20 17:52