“Ölkədəki əcnəbilər burada bir illik yaşamaq üçün müraciət edə bilərlər”.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin şəxslərin müraciəti üçün heç bir maneə yoxdur:
“Bu, elektron və fiziki şəkildə ola bilər. Bunun üçün əvvəlcədən növbəyə yazılmaq, çağrı xidmətlərinə müraciət etmək mümkündür”.
O qeyd edib ki, Dövlət Miqrasiya Xidməti artıq bütün fəaliyyət istiqamətləri üzrə müraciətləri qəbul edir.