Balakəndə kişi 30 nəfəri aldadaraq, pullarını ələ keçirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Balakəndə kişi 30 nəfəri aldadaraq, pullarını ələ keçirdi
Balakən rayonunda dələduzluq hadisəsi qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, 30 nəfər polisə müraciət edərək, rayonun Talalar kənd sakini Fərhad Məmmədovun onları aldatdığını, pullarını aldığını bildirib.

Sakinlər müraciətləri zamanı qeyd ediblər ki, F.Məmmədov onları aldadaraq, ucuz qiymətə onlara iribuynuzlu cins heyvan verəcəyini deyib.

O, Bakıda şəxs və ya şəxslərlə əlbir olaraq bir neçə dəfə heyvan gətirilsə də, sonradan aldığı pul müqabilində sakinlərə heyvan gətirilməyib.

Zərərçəkənlər rayonun Hənifə, Kortala və Qazma kənd sakinləridir.

Hazırda məsələ barədə Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          551 20.05.20 14:27