TƏBİB rəsmisindən koronavirusa inanmayanlara cavab - “Gec olacaq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |    

TƏBİB rəsmisindən koronavirusa inanmayanlara cavab - “Gec olacaq”

"Təkcə bizdə deyil, bütün dünyada belədir ki, koronavirusa inanmayanların sayı inananlardan çoxdur. Hamı deyir ki, heç yaxın qohumda, qonşuda COVİD-19-a yoluxan görmədik. Bəzi insanlar var ki, koronavirus xəstəliyindən müalicə alsalar belə, bunu heç yaxınlarına da demirlər".

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada koronavirusa inanmayanlardan danışarkən deyib.

TƏBİB rəsmisi bildirib ki, bu bizim mentalitetimizlə də bağlıdır:

"Sanki koronavirusa yoluxmaq bir ayıbdır. Koronavirus yuxarı tənəffüs yolu infeksiyasıdır. Hansı ki, sonradan pnevmoniyaya da səbəb olur. Hamının yoluxma ehtimalı var və heç kim bundan sığortalanmayıb. Yəqin ki, insanlar ətrafında olan şəxslərdən birinin koronavirusa yoluxmasından sonra buna daha çox inanacaqlar. Amma onda da gec olacaq. Bu, təkcə Azərbaycana xas olan deyil, dünyəvi problemdir. Biz koronavirusa yoluxan insanların hansı vəziyyətdə olduğunu görürük. Təbii ki, yüngül formada keçirənlər daha çoxdur. Ancaq orta ağır və ağır formada keçirənlərin də sayı xeylidir. Buna hazırda inanmaq lazımdır. Bu, bizə xeyir gətirə bilər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            915 19.05.20 23:50