Xalq artisti ölüm xəbərini yazanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |    

Xalq artisti ölüm xəbərini yazanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”

“Məni öldürmək istədilər, yalandan xəbər düzəltdilər ki, guya vəfat etmişəm. Zeynəb hələ ölməyəcək. Anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm”.

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Zeynəb Xanlarova deyib.

Ötən gün vəfat xəbəri yayılan Z.Xanlarova məsələ ilə bağlı bunları bildirib:

“Məni allahım, xalqım daim yaşadacaq. Mənə də indi bu xəbərlər haqda dedilər. Zeynəb xalqını, millətini, dövlətini çox sevir və hər zaman da bu sevgiylə yaşayacaq. Özümü çox əla hiss edirəm. Hətta əladan bir az da yuxarı (gülür). Bu xəbərlər məni öldürmür, əksinə ömrümü uzadır, yaşadır. Mənim üçün pis adam yoxdur, çünki özüm pis deyiləm. Allah yazanlardan da, yazmayanlardan da razı olsun. Allah bunu yazanlara 100 il ömür versin. Mərhum anam hər zaman deyərdi ki, sən 120 il yaşayacaqsan”.

Xalq artisti qeyd edib ki, xəbəri eşidəndə çox təəccüblənib:

“Səhərə yaxın yuxudan oyandım. Oyanan kimi bu xəbəri eşitdim təccübləndim. Gör, Azərbaycan xalqı məni nə qədər çox istəyir ki, onların dillərindəyəm, ağıllarındayam. İstəməzdim haqqımda belə sözlər yazılsın. Mən hələ indiyə qədər heç bir həkimin yanına getməmişəm. Yəni heç bir xəstəliyim yoxdur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 984 19.05.20 21:00