Bakıda polis narkotacirlərə qarşı əməliyyat keçirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda polis narkotacirlərə qarşı əməliyyat keçirdi
Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunun ərazisində baş verib.

Daxil olan məlumat əsasında Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakinləri - 1996-cı il təvəllüdlü E.Hacıəliyev və əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü R.Şammədov saxlanılıblar.

Üzərinə baxış zamanı E.Hacıəliyevdən 1,282 qram metamfetamin, 1,07 qram marixuana, R.Şammədovdan isə 1,892 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          485 14.05.20 13:45