COVİD-19-a yoluxanların mobil telefonları izləniləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda


COVİD-19-a yoluxanların mobil telefonları izləniləcək
Cənubi Koreyada gecə klublarının və barların fəaliyyətinə icazə veriləndən sonra COVID-19 infeksiyasına yoluxanların sayı artıb.

“İnterfaks” agentliyi yerli KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar hökumət mobil telefonlar vasitəsilə əyləncə mərkəzlərinə baş çəkənlərin şəxsiyyətini müəyyənləşdirəcək.

Seul şəhərinin meri Park Von Sun bildirib ki, son günlər koronavirusa yoluxanların əksəriyyəti bar və restoranların yerləşdiyi İtaevon rayonuna baş çəkən şəxslərdir.

P.Sun vurğulayıb ki, son bir neçə gündə bu rayonu 10 905 nəfər ziyarət edib. Həmin şəxslərin hamısının mobil telefonuna koronavirus testindən keçmək barədə mesaj daxil olacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          541 13.05.20 12:14